Teatrdan gedən Nəzakət Teymurovadan AÇIQLAMA-FOTOLAR

Teatrdan gedən Nəzakət Teymurovadan AÇIQLAMA-FOTOLAR

Akademik Opera və Balet Teatrı xalq artisti Nəzakət Teymurovanın işdən ayrılması haqda xəbər yayılıb. SİA-ya məlumatı dəqiqləşdirmək üçün xanəndənin özü ilə əlaqə saxlayıb. Xalq artisti əməkdaşımızla söhbətində xəbəri təsdiq edib və öz istəyi ilə teatrdan ayrıldığını bildirib: "Akademik Opera və Balet Teatrından noyabr ayından çıxmışam. Oradan ayrılmağımın xüsusi səbəb yoxdur. Onu da qeyd edim ki, Opera Teatrında bu vaxtadək təkcə "Leyli" rolunda yox, "Gülbahar", "Şahsənəm", "Xanəndə qız" və bir neçə obrazları canlandırmışam. Akademik Opera və Balet Teatrından çıxmağıma da özüm qərar vermişəm. Rəhbərlik də mənim bu qərarıma hörmətlə yanaşaraq, ərizəmi qəbul edib".

Bütün xəbərlər Facebook səhifəmizdə