Aktyor: " "Sənətkarlardan", arxamca hürən tulalardan bezmişəm"

Aktyor: " "Sənətkarlardan", arxamca hürən tulalardan bezmişəm"

Əməkdar artist və rejissor Nicat Kazımov incəsənət ailəmində baş verən haqsızlıqdan boğaza gəldiyini deyib. SİA-nın məlumatına görə, aktyor maraqlı məqamları etiraf edib: "Dözmüşəm. Sənətdə olduğum 26 ildə çox şeyə dözmüşəm! Amma, artıq bezmişəm. Riyakarlardan, ağa qara deyənlərdən, özünü hər kəsdən ağıllı sayan kütlələrdən, sənətdə kar olan "sənətkarlardan", işi - gücü intriqa olan nadürüstlərdən, kimi isə yetişdirib, sonra itirməkdən, sıfırdan başlamaqdan, arxamca hürən tulalardan bezmişəm. Belə getsə, qaçacam, mütləq qaçacam!"

Bütün xəbərlər Facebook səhifəmizdə