Azərbaycanlı aktyoru xəstəxanalıq etdilər AÇIQLAMA-FOTO

Azərbaycanlı aktyoru xəstəxanalıq etdilər AÇIQLAMA-FOTO

Gənc aktyor Hüseyn Əzizoğlu xəstəxanalıq olub. SİA-ya bu haqda aktyorun anası xəbər verib: "Bildiyiniz kimi, oğlum Hüseyn tənqidi videolar çəkərək, sosial şəbəkələrdə paylaşır. Amma o demək deyil ki, Hüseyn siyasi işlərə qarışır. O, öz ölkəsini çox sevir. Həmin videolara görə H.Əzizoğlunun ünvanına yersiz ittihamlar səsləndirirlər. O, buna görə, hazırda xəstəxanada, nevraloji şöbədə həkim nəzarətindədir. Ağır sinir pozuntusu keçirib. Hüseyni bu vəziyyətə salan öz vicdanı və mənim qarşımda cavab verəcək. Hüseyn nə adam tutdurandı, nə də ki, siyasətçidir. Oğlum sadəcə olaraq, genc aktyordur. Reytinq xətrinə bəziləri hər alçaqlığa əl atmasınlar. Hüseyni xətəxanalıq edərək, istədiyinizə nail olduz. Allah balamı qorusun".

Bütün xəbərlər Facebook səhifəmizdə