Azərbaycanlı aktyor: "Serialdakı geyimlər öz qarderobumdandır"

Azərbaycanlı aktyor: "Serialdakı geyimlər öz qarderobumdandır"

Aktyor Elçin Məmmədli yeni serialda rol alıb. Bu haqda SİA-ya aktyorun özü açıqlama verib: " "Evsiz gəlinlər" adlı seriala dəvət almışam. Həmin ekrn işində Fərid obrazını canlandırıram. Serialda müsbət qəhrəmanı oynayıram. Ciddi xarakter, iş adamıyam. Serialda qonaq aktyor deyiləm, daimi obrazdayam. Onu da deyim ki, ekran işindəki bütün geyimlər və aksesuarla özümə aiddir. Yəni öz qarderobumdan istifadə edirəm".

Aktyor "Evsiz gəlinlər" serialının reytinqindən də söz açıb: "Serialın reytinqi olduqca yaxşıdır. Tamaşaçılarıma da təşəkkür edirəm ki, hansı obrazda oluramsa, olum bəyənirlər. Çünki təbii oynayıram. Yazılan ssenarinin öhdəsindən gələ bilirəm".

E.Məmmədli ekran işindən aldığı qonarlardan razı olduğunu bildirib: " "Evsiz gəlinlər" serialında olan komandayla bir neçə dəfə bir araya gəlmişəm. Yəni mənə doğma olan komandadır. Onlar mənə bu serila dəvət edəndə pul haqqında düşünmədən, "hə" cavabı verdim. Verdikləri məvacibdən razıyam. Bu gün ki, günün tələbatlarına cavab verəcək, məbləğ ödəyirlər".

Qeyd edək ki, "Evsiz gəlinlər" serialının quruluşçu rejissorları Rüfət Şahbazov, Ramindir. Serialda baş qəhrəmanları Cövdət Şükürov, Günay Əhməd canlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə