Türkiyənin evlilik proqramında azərbaycanlı iştirakçılar bir araya gəldi

Türkiyənin evlilik proqramında azərbaycanlı iştirakçılar bir araya gəldi

Türkiyənin məşhur "Zuhal Topalla" evlilik verilişində daha bir maraqlı hadisə baş verb. SİA-nın məlumatına görə, həmin proqramda iştirak edən azərbaycanlı gəlin Naz Bakıdan onun üçün gələn namizəd Əli Əkbərə "hə" deyib. Naz namizədi çox bəyəndiyini söyləyərək, onunla daha yaxından tanış olmaq istədiyini bildirib.

Cütlük, hətta, qarlı havada görüşə də çıxıb. Görüşdən hazırlanan görüntülər proqramda Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" mahısının sədaları altında təqdim olunub.

Qeyd edək ki, Əli Əkbər bir vaxtlar Azərbaycanın məşhur modellik müsabiqələrində iştirak edib. O, hətta özünü aktyor kimi kiçik rollarda da sınayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə