İstanbula yağan qar səbəbi ilə Belqrad meşəsində qalan və şəhərə dönə bilməyən "İçerde" serialının qəhrəmanları xilas edilib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, 80 nəfərə yaxın yaradıcı və texniki heyətin çəkilişlər üçün getdiyi məkanda köməksiz vəziyyətdə qalmışdılar.
Bir qədər əvvəl aidiyyəti qurumlar işə başlayaraq çətinliklə serial heyətini tapıblar. Bu haqda "İçerde"ni çəkən "Ay Yapım" şirkəti açıqlama yayıb:
"Ağır hava şəraitinə görə, heyətimizin yaşadığı problem bələdiyyə, polis və valiliyin köməyi ilə həll olunub. Maraqlanan hər kəsə təşəkkür edirik".

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB