Son olaraq "Dönerse senindir" filmində oynayan aktrisa Yasemin Allen maraqlı açıqlama verib.Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, kişilərdə ən çox bəyəndiyi xüsusiyyətdən danışıb. "Gülməli insanları evirəm. Kişi güldürməyi bacarmalıdır. Amma, bu, kiminləsə məzələnmək xətrinə olmamalıdır. İki əks cinsin nümayəndəsi birlikdə gülə bilirsə, bu, eşqdir", - deyə aktrisa bildirib.
Qeyd edək ki, srağagün Yasemin "Dönerse senindir" filminin Bakıda keçirilən qala gecəsinə qatılıb. Onunla birlikdə tərəf müqabilləri Murad Boz və İrem Sak da ölkəmizə gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB