Baş rollarda Kerem Bursin və Leyla Lydia Tuğutlunun çəkildiyi "Bu şehir arkandan gelecek" serialı tamaşaçıların görüşünə gəlib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, 2 ildən sonra seriala çəkilən Kerem Bursinin rol aldığı ekran işi elə ilk bölümdən tamaşaçıların rəğbətini qazanıb. Serial 100 proqram arasında birinci olub.
Kerem Bursinin aktrisa sevgilisi Serenay Sarıkaya ona dəstək olub. Serenay sosial şəbəkədə sevgilisinə "1 ildir ki, canla-başla serialın çəkimləri üçün üzərində çalışırsan. Xəyalını qurduğun işində yolun açıq olsun. Kerem Bursin, hər kəs sənin üçün darıxıb" sözlərini ünvanlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB