Aygün Kazımovanın 30 illik arxivi

Şou biznesin divası, xalq artisti Aygün Kazımova "YouTube" kanalında bütün yaradıcılığı boyu ifa etdiyi mahnıları yüksək keyfiyyətdə dinləyicilərin ixtiyarına verib. SİA-nın məlumatına görə, kanal özlüyündə bir neçə bölmədən ibarətdir. "Kliplər", "Konsertlər", "Bəstəkarlar" və "Albomlar" bölməsi üzərində hazırda iş gedir. İlk olaraq xalq artistinin ifa etdiyi 350-dən çox mahnılar rəsmi kanala yüklənib.

Hazırda Aygün Kazımovanın klipləri və konsertlərinin ifaçının rəsmi kanalına yüklənməsi prosesi davam etdirilir. Bugünə kanalda 35 klip və bir sıra konsertləri yer alır.

Bundan başqa Aygün Kazımovanın Eldar Mansurov, Cavanşir Quliyev və Vaqif Gərayzadədən ifa etdiyi ölməz əsərləri ayrıca "Bəstəkar" bölməsinə bəstəkarların adı ilə yarım bölmələrə əlavə olunub.

Kanala ən son yüklənən video isə bir neçə gün əvvəl təqdim olunan "Arama beni" mahnısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə