İlin ən seksual aktyorundan atasına hədiyyə...

İlin ən seksual aktyorundan atasına hədiyyə...

Ötən ilin ən seksual kişisi seçilən 44 yaşlı aktyor Dueyn Conson Yeni İl bayramı ilə əlaqədar atasına bahalı hədiyyə edib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, atası Rokki Consona arzuladığı avtomobil markasını hədiyyə olaraq alıb və ona surpriz edib. Bu barədə şəxsi İnstaqram səhifəsində məlumat verən Dueyn bildirib ki, atası uzun illər maddi çətinliklər içərisində yaşayıb, lakin indiyənədək oğlundan heç nə istəməyib. Lakin bir dəfə söhbət əsnasında hansı markalı avtomobildən xoşlandığını söyləyib. Conson da atasının arzusunu yerinə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə