Zaur anası haqda nələr dedi?

Aparıcı Zaur Baxşəliyev anası Dilavər xanım haqqında yazıb. SİA-nın məlumatına görə, aparıcı "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldüyü üçün anasının əməyinin böyük olduğunu bildirib: "Anam, bu sənin uğurundur. Bunlar hamısı sənin üçündür, sən olmasaydın mən bunları əldə edə bilməzdim. Canım, ən böyük dəyərim, sənin üçün nə etsəm azdır. Sənə mənim canım fəda olsun anam. Bu medal sənindir. Hamıdan çox sevinənim, hamıdan çox sevdiyim, mənim hər şeyim".

Bütün xəbərlər Facebook səhifəmizdə