"Bağdad" mahnısı ilə məşhurlaşan Ayla Çelik iş adamı sevgilisi Barbaros Utku ilə restoranlardan birində görünüb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl sevgilisinin ailəsi ilə tanış olan Ayla jurnalistlərin evlilik barədə suallarına cavab verib:"Siz belə suallar verəndə pis vəziyyətdə qalırıq. Bu suallar məni utandırır".
Qeyd edək ki, A.Çelik dünən 106.3 FM-in dəvəti ilə Bakıya gəlməli idi. Lakin hava şərtlərinə görə, müğənninin səfəri təxirə düşüb. O, yanvarın 13-də paytaxtımızın qonağı olacaq. Ayla Çelikin gəlişinin səbəbi "İlin mahnısı" müsabiqəsi çərçivəsində "Milli dalğa" mükafatına layiq görülməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB