Şou-biznesin iki küsülü müğənnisi barışdı

Şou-biznesin iki küsülü müğənnisi barışdı

Nadir Qafarzadənin "Azərbaycanda 5 kişi müğənnisi varsa, beşi də Eltondur" sözlərinə əsəbləşən Vasif Məhərrəmli küsülü olduğu həmkarı ilə barışıb. SİA-nın məlumatına görə, Nadir Qafarzadə və Vasif Məhərrəmli verilişlərin birində bir araya gəlib. Onlar qonaq olduqları verilişdə birgə duet oxuyaraq, barışdıqlarını sübut etdiriblər.

Qeyd edək ki, V.Məhərrəmli N.Qafarzadənin onu qıcıqlandıran sözlərinə "5 müğənni varsa" desəydi, normaldır. Amma "5 kişi müğənnisi" pis ifadədir. Nadirin özü bilər, sərbəst fikridir. Mən kişiyəm, yaxşı, sevilən müğənniyəm. Əsl kişi müğənnisi özüməm. Nadir kişi olmaq istəmirsə, olmasın. Nadirin o sözünün cavabı da bu cür olar" fikrini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə