Model Çağla Şikel 2015-ci ildə ayrıldığı əri müğənni Emre Altuğla aralarındakı münasibətdən danışıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki övlad sahibi olan cütlük ayrıldıqdan sonra açıqlama vermək istəməyiblər. Amma ötən gün verilişlərdən birinə qatılan Çağla "sevənləriniz sizi yenidən bir arada görmək istəyir. Siz nə deyirsiniz" sualına belə cavab verib:
"Kənardan hamıya hər şey asan gəlir. Kimsə bizi evindən seyr edə və bizdən gözəl enerji ala bilər. Amma, əslində, hər şey göründüyü kimi deyil. Əgər elə olsaydı, biz ayrılmazdıq. Hər kəs evinin içində baş verənləri yalnız özü bilir".
Qeyd edək ki, 2008-ci ildə ailə qurub, 2015-ci ildə ayrılan cütlüyün Uzay və Kuzey adlı övladları var və uşaqları üçün Çağla, Emre tez-tez bir yerdə olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB