Xalq artisti Ağaxan Salmanlı baş rolda çəkildiyi "Naxox" filmi haqqında danışıb. SİA-ya açıqlama verən aktyor bu filmin seviləcəyini ümid etdiyini söyləyib: " "Naxox" filmini bildiyiniz kimi təqdim etdik. Təqdimatda ekran işi tamaşaçılar tərəfindən bolluca alqışlarla, gülüşlərlə qarşılandı. Hətta ekran işində elə kadrlar var idi ki, izləyicilər ayaqüstə alqışlayırdılar. Bu mənə çox xoş gəlirdi. Tamaşaçıların bu reaksiyasından nəticəyə gəlirəm ki, "Naxox" filmi böyük marağa səbəb olub. Bu filmdən gözləntilərim çoxdur. Fikrimcə, uğurlu işə imza atdım. Zamanla da bu uğurun şahidi olacağıq".
Aktyor 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə də hər kəsi təbrik etməyi də unutmadı: "Mən Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edib, millətimə can sağlığı arzu edirəm. 2017-ci il hamıya düşərli olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB