Müğənni Nilufer qızı Ayşe Nazlı, 11 pişiyi və 2 iti ilə yaşadığı villasında jurnalların biri üçün müsahibə verib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, sənətçi müsahibəsində 4 mərtəbəli evində hər cür şəraitinin olduğunu diqqətə çatdırıb: " Evim Acarkənd adlı yerdədir. Bu kəndin içində villamı tikərək, özümə balaca şəhər salmışam. Hər şey əlimin altındadır. Şəhərə getməyimə ehtiyyac yoxdur. Yaşıllıq içərisindəyəm. Buranın havası gözəldir. Ən önəmlisi evim qızımın Ayşe Nazlının məktəbinə çox yaxındır".
İfaçı müğənniliklə yanaşı rəssamlığa da həvəsinin olduğunu bildirib: "10 il öncə rəsm çəkmək üçün məndə maraq yarandı. Hətta rəssam Mahir Güvenin atelyəsində akademiyaya hazırlaşan tələbələrlə birlikdə rəsm dərslərinə getdim. Bu aralar şəkil çəkmirəm, fasilə vermişəm. Amma yenidən rəsmlər çəkməyi planlaşdırıram. Hətta mənzilimin bir otağını atelyə halına gətirə bilərəm".
Jurnalist tərəfindən villasının fotoları çəkilən zaman Nilüferin 2015 ildə dünyasını dəyişən yaxın dostu Kayahanın pianinosunu evində saxlaması da gözlədən qaçmayıb.
Sənətçinin 4 mərtəbəli dəbdəbəli villasının fotolarını təqdim edirik:


.jpg)
.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB