Rus Dram teatrının aktyoru Rüfət Nəzər başına gələn xoşagəlməz hadisədən söz açıb. SİA-ya açıqlama verən aktyor bunları deyib: "Artıq 22 ildir ki, aktyor olaraq fəaliyyət göstərirəm. Heç vaxt incəsənət ailəmində qalmaqalla gündəmdə qalmaq istəməmişəm. Lakin bir dəfə anlaşılmamazlıq ucbatından pis hadisə ilə qarşılaşdım. Belə ki, kanalların birində yayımlanan verilişə dəvət almışdım. Bildiyiniz kimi, mənim soyadım Nəzərdir. Lakin məni Rüfət Nəzərli kimdisə, onunla səhv salıb, televiziyanın binasından içəri buraxmadılar. 40 dəqiqəyə yaxın, mühafizəçi ilə mübahisə etdim, efirə də gecikdim. 40 dəqiqədən sonra hər şey aydınlaşdı. Bundan sonra kimsə məni Rüfət Nəzərli kimi təqdim etsə, həmin kəsin kimliyindən asılı olmayaraq, qanun çərçivəsində danışacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB