Müğənni Nadir Qafarzadə "Sevgilim söyləmə vəfasız mənə" adlı mahnını yeni aranjimanda ifa edib. SİA-nın məlumatına görə, musiqisi Cahangir Cahangirova məxsus olan mahnının sözləri Süleyman Rüstəmə aiddir.
N.Qafarzadə bildirib ki, mahnını oxumaq onun çoxdankı arzusudur:"Çox bəyəndiyim bir əsərdir. Azərbaycanda bu günə qədər bu mahnıya xeyli sayda müğənni müraciət edib. Hər kəs öz ifası ilə mahnıya rəng qatıb. Amma mən bir az fərqli ifa etmək qərarına gəldim. Düşünürəm ki, pis alınmayıb. Bəlkə bu mahnıya klip də çəkdik. Yeniliklərim bununla bitmir. "Xoşbəxt qadın" adlı mahnımı yeni versiyada ifa etmişəm. Yaxın zamanda onu da dinləyicilərin ixtiyarına verəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB