İki məşhur kişidən yenilik AÇIQLAMA

İki məşhur kişidən yenilik AÇIQLAMA

Bəstəkar Ruslan Əhmədoğlu müğənni Tacir Şahmalıoğlu ilə ərsəyə gətirdikləri yeni mahnı haqda söz açıb. SİA-ya açıqlama verən bəstəkar bəstənin artıq hazır olduğunu bildirib: "Müğənni Tacir Şahmalıoğlu ilə xeyli vaxt idi ki, yeni mahnı üzərində çalışırdıq. Nəhayət, bəstə hazırdır. Mahnı "başqası gəldi" adlanır. Bəstənin sözləri Elvin Mehmanlıya, musiqisi mənə aiddir. İnanırıq ki, uğurlu mahnı olacaq. Dinləyicilər tərəfindən bəyəniləcək".

Qeyd edək ki, Ruslan Əhmədoğlu hazırda müğənni Xatirə İslamla da yeni mahnı üzərində işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə