Müğənni Yaşar Yusubun son günlər Türkiyə mətbuatında tez-tez görünməsi diqqətlərdən yayınmayıb. İfaçının təməlli olaraq qardaş ölkəyə köçəcəyi və Türkiyə şou-biznesinə qatılacağı haqda dedi-qodular yayılıb.
Məsələyə aydınlıq gətirmək üçün ifaçının özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən sənətçi hazırda Türkiyədə olduğunu deyərək, şaiyələrə son qoydu: "Doğrudur, son günlər qardaş ölkədəki kanalların verilişlərinə dəvət alıram. Amma bu o demək deyil ki, Türkiyə şou-biznesinə qatılmaq fikrim var. Sadəcə olaraq buradan mənə gələn iş təkliflərini dəyərləndirirəm. Türkiyədə işlərimi görüb, yenidən ölkəmə qayıdacam. Mənim üçün vətənim yaxşıdır. Türkiyəyə də təməlli olaraq köçmək fikrim yoxdur. Çünki Ailəm, dotlarım, işim Azərbaycandadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB