Müğənni Niyam Salami həmkarı Səidə Sultanla fotokameralar önünə keçib. SİA-ya açıqlama verən N.Salami bildirib ki, həmkarı ilə Yeni il abu-havasında şəkillər çəkdirib: "Səidə mənim şou-biznesdə olan ən sadiq dostumdur. Düşünürəm ki, 2016-cı il həm onun üçün həm də mənim üçün çox uğurlu keçdi. Birgə ifa etdiyimiz duet sevildi və "Youtube" şəbəkəsində xeyli baxış yığdı. Mənim 2017-ci ildən gözləntilərim çoxdur. İndidən söyləyim ki, üzümüzə gələn il elə bir layihə edəcəyəm ki, hər kəs şok olacaq. Yəni bu günə qədər etmədiyim bir işi edəcəm. Məncə gözləməyə dəyər".
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB