Mərhum xalq artistinin tələbəsi: "Onun itkisiylə barışmaq üçün zaman lazımdır"

Mərhum xalq artistinin tələbəsi: "Onun itkisiylə barışmaq üçün zaman lazımdır"

Xalq artisti, xanəndə Ağaxan Abdullayevin vəfatı bütün sənət aləminə təsir edib. SİA-nın məlumatına görə, həmin sənət nümayəndələrindən biri də A.Abdullayevin tələbəsi, əməkdar artist Lalə Məmmədovadır. Müğənni, aldığı xəbərdən kədərlənərək, üzüntüsünü bu sözlərlə dilə gətirib: "Onunla son şəklimi paylaşmayacam. Qoy yaddaşlarda bu şəkildəki kimi gümrah, gülərüz qalsın. Ustadım, müəllimim, doğmam, sənətinin şahı yerin cənnət, ruhun şad olsun. Göstərdiyiniz yol, verdiyiniz məsləhətlər, keçdiyiniz muğam dərsləri məktəbim oldu. Adınızı həmişə fəxarətlə "müəllimim"-deyə ucadan söylədim, qürur duydum. Ən məsuliyyətli çıxışlarımda məni tək qoymadınız, hər zaman yanımda oldunuz. Siz mənim müəllimim oldunuz. Taleyə baxın ki, mən də oğlunuzun müəllimi oldum. İndi bir boşluqdayam. Bu itkiylə barışmaq üçün zaman lazımdır. Allah rəhmət eləsin".

Qeyd edək ki, bu gtün sənətkarla vida mərasimi saat 14:00-da, Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq. Onun vəsiyyətinə uyğun Türkanda kənd qəbiristanlığında atasının və anasının yanında dəfn olunacaq. Xalq artistinin üç mərasimi dekabrın 27-də Təzə Pir Məscidində keçiriləcək.

Qeyd edək ki, A. Abdullayev xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə