75 kiloqram çəkisi olan aparıcımız: "Efirdə qoğala oxşayıram" FOTOLAR

75 kiloqram çəkisi olan aparıcımız: "Efirdə qoğala oxşayıram" FOTOLAR

Aktrisa, aparıcı Ülviyyə Əliyeva haqqında gəzən şayiə barədə danışıb. SİA-ya açıqlama verən aktrisa görkəmindan razı olduğunu da xüsusilə diqqətə çatdırıb: "Deyilənlərə görə, çəkimlə əlaqədar olaraq cərrahiyyə masasına uzanacam. Amma ağ yalandır. Çünki mən nə boydayam ki, əməliyyat olunum? Hazırda 75 kiloqramam. Bu dedi-qoduları yayan insanlar yəqin ki, bekardırlar. Sənətimlə maraqlansalar daha gözəl olar. Amma xüsusi ilə qeyd edim ki, efir insanı 8-10 kilo kök göstərir. Efirdə qoğala oxşayıram (gülür). Qaldı ki, görkəmimə arıqlamaq fikrim yoxdur. Çəkimi azaltmaq istəsəm, əməliyyatla yox, idmanla və pəhrizlə edərəm. Görkəmim Azərbaycan xanımının bədən ölçülərinə uyğundur. Hamı sarı saç, silikon dodaq, balaca burun, arıq olmaq məcburiyyətində deyil. Hər kəsin özünəməxsus bədən forması var. Onu da deyim ki, ailəmdə hər kəs kökdür. Məndə, anama, bibimə, xalama oxşamışam. Bir sözlə, çəkim məni qane edir".

Bütün xəbərlər Facebook səhifəmizdə