Yenicə nənə olan aktrisamız qudasının vəsiyyətini yerinə yetirəcək AÇIQLAMA
Əməkdar artist Mehriban Xanlarovanın ailəsində xoş gün yaşanıb. SİA-ya açıqlama verən aktrisanın nəvəsi dünyaya gəlib: "Dördüncü dəfədir ki, cavan yaşda nənə oluram. Qız nəvəm dünyaya gəlib. Bu sevincimi hər kəslə paylaşıram. Allah övladı olmayanlara qismət etsin. Övladın qız, oğlan olması fərqi yoxdur. Əsas odur ki, uşaq sağlam dünyaya gəlsin. Körpə gecə saat 2-nin yarısı doğulub. Yeni dünyaya gələn nəvəmin adı hələ ki, bəlli deyil. Qızım Ayselin qayınatası bu yaxın günlərdə vəfat edib. Ölməzdən əvvəl bir ad demişdi. Ailəmizlə birgə məsləhətləşib, körpəyə onun vəsiyyət etdiyi adı qoyacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB