Meyxanaçı Namiq Qaraçuxurlunun başına iş gəlib. SİA-nın məlumatına görə, ifaçının sosial şəbəkələrdəki profillərinə hücum ediblər: " "İnstagram" səhifəmi qırmaq üçün bir neçə dəfə cəhd göstəriblər. Fan səhifələrimi, "Soyuqdur" heşteqimi şikayət ediblər. Sözüm işini buraxıb bununla məşğul olanlaradır. Ömür boyu başqalarının uğurunu həzm etməyib, yalnız bu cür işlərlə məşğul olduğunuz üçün ömrünüz hədər getdi və getməkdədir. Siz bu və ya digər etdiyiniz murdarçılıqlarla mənim telimə də zərər vura bilmədiniz. Əksinə hər cəhdinizlə Allah mənə daha bir uğur verdi. Sizə yalnız uğurlarımın heşteqini şikayət etmək qaldı. Çox maraqlıdır, lap səhifəmi sındırdınız, adım harada var, oranı şikayət etdiniz. Bu sizə uzağı təsəlli olacaq, mənim də bir az əhvalım pozulacaq. Amma nəticə eyni qalacaq. Siz cılız düşüncəli bədbəxtsiniz. El ucalan namı sevir. Çünki Allah sevəni hamı sevir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB