İbrahim Tatlısəsin oğlu anasına qəzəbləndi: "İmkan ver, pulumuz cibimizdə qalsın”

İbrahim Tatlısəsin oğlu anasına qəzəbləndi: "İmkan ver, pulumuz cibimizdə qalsın”

İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs ötən gün restoranlardan birində səhnəyə çıxıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhnədə çıxış edən İdo ifa zamanı dayanmadan şampan partladan anası Dərya Tunaya acıqlanıb. "Ana, bu gördüyün alın təridir. Mən qazanıram, sən xərcləyirsən. Bu neçənci şampandır? İmkan ver, pulumuz cibimizdə qalsın", - deyə ifaçı anasına hirslənərək bildirib.

Gecə boyu cəmi 50 şampan şüşəsinin açıldığı və həmin şampanlardan 10 dənəsinin Dərya Tunaya aid olduğu öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə