Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində bayram konserti keçirilib FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İlə həsr olunmuş bayram konsert keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva və Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Quliyeva Laura çıxış edərək uşaqları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildiriblər.
Konsertdə tanınmış müğənnilər Orxan Babazadə, Səbinə Əsgərova, Nərminə Paşayeva, Cavahir Abdulova, Kubra Hüseynova şən mahnılar ifa ediblər. İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrənin rəqs kollektivləri, şən klounlar, Shaxta Baba və Qar qız müxtəlif oyunlar və viktorinalar təşkil edərək uşaqlara əsl bayram abu-havası yaşadıblar.

.jpg)










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB