Murat Boz, Yasemin Allen və İrem Sakın baş rolda oynadıqları romantik komediya janrında çəkilən "Dönerse Senindir" filminin qala gecəsini ediblər. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, filmin yaradıcı heyəti qırmızı xalı üzərindən keçərək, media mənsublarının suallarını cavablandırıb.
Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Gecədə diqqət çəkən məqamlarda olub. Belə ki, Murat Bozun sevgilisi Aslı Enver ifaçıdan öncə gecəyə qatılıb.
Acun Ilıcalı da sevgilisi Şeyma Subaşıyla birlikdə kameralara poz verib.
Mərasimə aktyor Burak Özçivit, sevgilisi Fahriye Evcen ilə yox, tək qatılıb. O, jurnalistlərə sevgilisinin çəkilişdə olduğunu bildirib.
Filmi izləmək üçün bir çox məşhur simalar qala gecəyə qatılıb. Onlar arasında Fikret Orman, Demet Akbağ, Şeyma Subaşı-Acun Ilıcalı, Aslı Enver, Burak Özçivit, Murat Dalkılıç, Mustafa Ceceli, Soner Sarıkabadayı, Sarp Apak, Gupse Özay, Eser Yenenler, İbrahim Büyükak, Oğuzhan Koç, Suna Yıldızoğlu, Hatice Aslan ve Müjde Uzman olub.






.jpg)






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB