Şahan Gökbakarın qızının adı bəlli oldu

Şahan Gökbakarın qızının adı bəlli oldu

2015-ci ildə Selin adlı xanımla ailə quran Şahan Gökbakar yeni doğulan qızına nəhayət ki, ad qoyub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yenidən ana olan Selin təəssüratlarını bölüşüb: "İkinci dəfə ana olmaq bambaşqa duyğudur. İkinci övladımı qucağıma almağı səbirsizliklə gözləyirdim. Nəhayət, arzuma çatdım. Şahanla qızımıza hansı ad verəcəyimiz haqda çox düşündük. Sonda qərara gəldik ki, adı Ela olsun".

Qeyd edək ki, cütlüyün Ela adlı uşaqlarından başqa 1 dənə övladı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə