Rafet El Roman Bakıdadır FOTOLAR

Bu gün Azərbaycanda konsert verən türkiyəli müğənni Rafet El Roman Bakıdadır. SİA-nın məlumatına görə, o, dünən gecə saatlarında paytaxtımıza təşrif buyurub. Bu haqda konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib: " "Rafet El Roman Bakıya gəlməyəcək" deyənlər ölsün, yerə girsin. Bəs, deyirdiz gəlməyəcək? Axşam konsertdə görüşərik".

Qeyd edək ki, Heydər Əliyev Sarayında baş tutacaq konsertdə ifaçı Bakıya gətirdiyi orekstrı ilə birlikdə olacaq. Gecənin aparıcısı Nanə Ağamalıyeva, qonağı isə dicey Roşka olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə