Həmyerlimiz "O səs Türkiyədə "Sarı gəlin"i ilə hamını heyrat etdi
"O Ses Türkiye" yarışmasının növbəti turunda həmyerlimiz səhnəyə çıxıb. SİA-nın məlumatına görə, Mehman Tağıyev adlı iştirakçı Azərbaycan xalq mahnısı "Sarı gəlin"i ifa edib.
İştirakçı səsləndirdiyi ifası ilə münsiflərin hər birini özünə tərəf döndürməyi bacarıb. Mehmanın mahnını oxuyan zaman muğam boğazlarından istifadə etməsi ifaya daha da rəng qatıb. İştirakçının səsinə heyran olan münsiflərdən müğənni Hadise onun ifasını "Sarı Gelin"in bu günə qədərki ən yaxşı performans olduğunu bildirib.
Müğənni Sibel Can üzünü Mehmana tutaraq ifası ilə onun qəlbini ələ aldığını, hətta qəlbinin "yerindən çıxdığını" söyləyib: "Sən səhərə kimi oxu, mən yenə də dinləyərəm".
Mehman tamaşaçıların və münsiflərin çoxsaylı xahişi ilə "Sarı gəlin"i yenidən ifa edib. Sonda həmyerlimiz Sibel Canı seçərək, onun komandasına daxil olub. O, uşaqlıqdan Sibel Canın mahnılarına qulaq asdığını və onu çox sevdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB