Faiq Ağayevin konsertinin saxta biletləri satışa çıxarıldı

Faiq Ağayevin konsertinin saxta biletləri satışa çıxarıldı

Xalq artisti Faiq Ağayevə qarşı təxribat edilib. SİA-nın məlumatına görə, xalq artistinin bu yaxınlarda verəcəyi konsertinin saxta biletləri satışa çıxarılıb: "Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz yenə köhnə üsullara əl atıb, hücuma keçiblər. İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta "dəvətnamə" atıblar - susuram. İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam. Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalanlardan usanacaq? Adam deyillər, səy yığınıdır. Camaatı gic yerinə qoymusuz? Kiriyin də".

Qeyd edək ki, sənətçi dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında konsert verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə