Samira da bu mahnını oxudu

Müğənni Samira Allahverdi məşhur "Ayrılıq" mahnısını özünəməxsus şəkildə səsləndirib. SİA-nın məlumatına görə, bəstənin yeni versiyasının aranjimanını Muxtar Abseynov edib.

Qeyd edək ki, mahnının musiqisi Əli Səliməyə aiddir. Mahnını bu günə qədər Cənubi Azərbaycandan olan müğənni Ququş, əməkdar artist Yaqub Zurufçu və başqaları oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə