Azərbaycanlı aktyor: "Heç vaxt komediya janrında çəkilən filmdə oynamaram"

Azərbaycanlı aktyor: "Heç vaxt komediya janrında çəkilən filmdə oynamaram"

Aktyor Elçin Məmmədli hər kəsin marağına səbəb olacaq etiraf edib. SİA-ya açıqlama verən Elçin bu sözləri deyib: "Bildiyiniz kimi, artıq illərdir ki, incəsənət aləmindəyəm. Yaradıcılığımda hər zaman ciddi obrazları canlandıran aktyor kimi fəaliyyət göstərmişəm. Rejissorlar tərəfindən yumoristik obrazda oynamağı mənə təklif etsələr heç vaxt qəbul etmərəm. Çünki İbad Hüseynov kimi şəxsiyyətin rolunu oynamışam. Bundan başqa da Azərbaycanda kifayət qədər komediya aktyorları vardır. Yumoristik aktyorlar siyahısına Elməddin Cəfərovu, Fərda Xudaverdiyevi, İslam Mehrəliyevi, "Bozbash pictures" komandasının aktyorlarını məsəl gətirə bilərəm. Bu aktyorlar kifayət qədər işlərinin öhdələrindən gəlirlər. Başqa yumor aktyorlarına ehtiyyac yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə