Avtomobil qəzasına düşdüyü deyilən azərbaycanlı aktrisadan AÇIQLAMA-FOTOLAR

Avtomobil qəzasına düşdüyü deyilən azərbaycanlı aktrisadan AÇIQLAMA-FOTOLAR

Aktrisa Cəmilə Tağızadənin avtomobil qəzaya düşdüyü haqda xəbər yayılıb. Onun hətta xəsarət aldığını təsdiq edən fotolar da üzə çıxıb.

Məsələ ilə əlaqədar olaraq Cəmilənin özü ilə əlaqə saxladıq. SİA-ya danışan aktrisa bunları deyib: "Meyxanaçı Vasif Əzimovun "Ölüm ölüm" adlı mahnısına klip çəkdirirdik. Həmin ekran işində mən də rol almışam. Yayılan qəza fotoları həmin klipdəndir. Sadəcə olaraq ssenariyə əsasən avtomobil qəzasına düşməliydim. Şükürlər olsun ki, səhhətimlə bağlı heç bir problemim yoxdur".

Cəmilə Tağızadənin klipində çəkildiyi meyxanaçı Vasif Əzimov da həmin görüntülər haqda danışıb: "Cəmilə xanımın səhhəti yaxşıdır. O, "Ölüm ölüm" adlı klipimdə rol aldığı üçün ssenari üzrə avtomobil qəzasına düşür və nəticədə xəstəxanaya aparılır. Artıq klip çəkilişləri yekunlaşıb. Tezliklə ekran işini mediaya və tamaşaçılara təqdim edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə