Günay: "Sevgilimin istəyi ilə burnumu əməliyyat etdirdim"

Günay: "Sevgilimin istəyi ilə burnumu əməliyyat etdirdim"

Müğənni Günay İbrahimli rejissor Nail Naiboğlunun verilişində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi burnunu sevgilisinin istəyi ilə plastik əməliyyat etdirdiyini etiraf edib: "7 ildir heç kim məni burun əməliyyatına razı sala bilmirdi. Sevgilim yola gətirdi, dedi, get, mən də etdirdim. Biz 2 ildir birlikdəyik. O mənim həm dostum, həm sevgilimdir. Şəhərdə onun kimi oğlanlar barmaqla sayılacaq qədər azdır. O da mənə qismət olub. Əvvəl biz dost kimi tanış olduq, sonra günümüz bir yerdə keçirdi. 2 ay keçəndən sonra aramızda bir sevgi başladı ki, hələ də davam edir".

Müğənni prodüser sarıdan bəxtinin gətirmədiyini söyləyib: "Çox insanlarla işləmişəm, köməkçi də olub, prodüser də. Yaxşı müdir olmamışam ki, prodüserlər başıma çıxıb. Köməkçiyə belə prodüser demişəm, klipdə adını yazdırmışam".

Bütün xəbərlər Facebook səhifəmizdə