Fatimə ilə dodaq-dodağa öpüşən Xatundan alovlu sözlər

Fatimə ilə dodaq-dodağa öpüşən Xatundan alovlu sözlər

Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva hər kəsin gözü önündə dodaq-dodağa öpüşüb. Onların bu hərəkəti bəziləri tərəfindən xoş qarşılansa da, cəmiyyətimizin digər üzvləri məşhur xanımları qınayıblar.

Məsələ ilə əlaqədar olaraq müğənni Xatunun prodüseri Pənah Eldaroğlu SİA-ya açıqlama verib: "Xatunla Fatimə olduqca yaxın münasibətdədirlər. Onların da bir-biriləri ilə dodaq-dodağa öpüşməsi qeyri-adi bir şey deyil. Sadəcə olaraq bu iki tanınmış xanım bir-birilərini çox istəyirlər. Onlar bu hərəkəti şou-biznesin gündəmində qalmaq üçün etmədilər. Sadəcə olaraq qəfildən yaranan məqam oldu. Xatunla Fatimənin dodaq-dodağa öpüşməsini bəziləri müsbət, bəziləri isə mənfi qarşıladı. Mənfi qarşılan insanlar yalnız sosial şəbəkədə istifadəçiləri oldu. Komputer arxasında əyləşib "pələng" olanlar Xatuna qarşı qərəzli fikirlər səsləndirdilər. Amma anlamırlar ki, hər bir kəsin ailəsi var. Kimsə haqqında fikir bildirəndə düşünmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə