Məmmədbağır Bağırzadənin oğlu danışdı
Mərhum Məmmədbağır Bağırzadənin oğlu, müğənni Rahim Bağırzadə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, müğənni sosial şəbəkələrdə onun haqqında yazılan dedi-qodularla bağlı açıqlama verib: "Atamın bağ evini satıb borclarımın yarısını vermişəm. 70 mindən çox borcum var. Bir iş üçün bu məbləği götürmüşdüm. Amma həyatda heç kim heç nədən sığortalanmayıb. İşim alınmadı deyə pul batdı. Nardaran arxamdadır. Mənə vaxt versələr, borclarımı qaytaracam. Mənə imkan vermirlər ki, oxuyub borclarımı qaytarım. Atamın adını çox çətinliklə qoruyuram. 3 övladım bu dedi-qodulara görə məktəbə getmir. Hətta psixoloji problemim yaranıb. Bir müddət bundan öncə borclarıma görə özümə qəsd etmək istədim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB