Müğənnilər Ramal İsrafilov və Mirkamil Kamilov xalq artisti Mələkxanım Əyyubova ilə barışıb. SİA-nın məlumatına görə, Ramal şəxsi hesabında sənətçi ilə birgə çəkilmiş fotolarını yayımlayıb.
Nəzərinizə çatdıraq ki, bir müddət öncə verilişlərin birində ad gününü qeyd edən Mələkxanım Əyyubovanın özəl gününə Ramal İsrafilov və Mirkamil Kamilov gəlməyib. Buna əsəbləşən xalq artisti ifaçılar haqda bu sözləri deyib: "Özümü onlara müəllim hesab edirəm. Müəllimin zəhməti yerə vurulmaz. Ad günümdə burada olmalı idilər. Sayanın quluyam, saymayanın ağası".
Qeyd edək ki, M.Əyyubova Ramalın bibisi, Mirkamilin xalasıdır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB