Alla Puqaçovanın “Milion alıx roz”u oğurluq çıxdı ŞOK SÜBUT+VİDEO

Alla Puqaçovanın “Milion alıx roz”u oğurluq çıxdı ŞOK SÜBUT+VİDEO

SSRİ-nin və Rusiyanın xalq artisti, dünyaca məşhur estrada müğənnisi Alla Puqaçovanı məşhur edən "Milion alıx roz" (Milyon qızılgül) mahnısı sən demə ona məxsus deyilmiş. SİA xəbər verir ki, bunu aparılan dəqiq araşdırmalar sübut edir.

Belə ki, bəstəkarının latış pianisti və dirijoru Raymond Pauls olduğu və Alla Puqaçovanın 1982-ci ildən "Melodiya" səsyazma studiyasında lentə aldığı "Milion alıx roz" mahnısının əsl sahibi nüfuzlu Azərbaycan əsilli İran müğənnisi Ququşdur. Bunu təsdiq edən daha bir faktor sözügedən mahnının Ququş tərəfindən 1969-cu ildə (!) İran televiziyasında ifa etməsi, Allanın isə həmin mahnsısı yalnız 1982-ci ildən etibarən oxumağa başlamasıdır. Nəticədə bəlli olur ki, ya bəstəkar Raymond Pauls plagiatlıq edərək Ququşdan bu mahnını oğurlayıb və eyni zamanda Alla Puqaçovanı da aldadıb, ya da bu işdən onların hər ikisinin xəbəri olub.

Videoya baxmaq üçün aşağıda təqdim edilən linkə daxil olun:

https://www.youtube.com/watch?v=lpEGyCeRxIs

Rövşən Nurəddinoğu

Bütün xəbərlər Facebook səhifəmizdə