Müğənni Sevda Sanaliyeva bəzi həmkarları kimi yeni biznesə qoşulur. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Şirniyyatlar bişirərək online satışa çıxarıram. Hələ ki, şirniyyat seximiz yoxdur. Evdə hazırlayıram. Amma tez bir zamanda şirniyyat mağazası açacam. Onu da qeyd edim ki, bütün tortları özüm və işçilərim hazırlayır. Resepti mən tərtib edirəm".
Müğənni biznesə qoşulduğu üçün ifaçılıq sənətindən uzaqlaşmayacağını da xüsusi diqqətə çatdırıb: "Biznesə qoşulsam da müğənnilik peşəmi atmaq niyyətində deyiləm. Həriki sənəti birgə davam etdirəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB