Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın ailəsində ağır itki baş verib. SİA-nın məlumatına görə, modelin xalası dünyasını dəyişib. Bu barədə G.Musayeva təəssüratlarını bölüşüb: "Ruhun şad olsun. Ölümündən bir neçə gün əvvəl məni və Cahangiri gülərüzü ilə yola saldı. Xəstə yatağında belə üzü gülürdü. Səni hər zaman belə xatırlayacağam. Uşaqlıqda geyinməyi, rəqs etməyi, kitab oxumağın faydalarını, hər şeyi səndən öyrəndim. Qəlbimin təmiz olması da sənə oxşayır. Özü psixoloq idi, amma mənim və iki qardaşımın jurnalist olmasını istəyirdi. Arzun gerçəkləşdi, sən niyə tez bizi tərk etdin? Son illər sənə çox vaxt ayıra bilmədiyim üçün üzr istəyirəm. Mən də bağışlayan biri olmağı səndən öyrəndim. Məkanın cənnət olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB