Zeynəb Xanlarova mahnısını hansı sənətçiyə hədiyyə etdi? EKSKLÜZİV
Əməkdar artist Səlim Abbasov xalq artisti Zeynəb Xanlarovanın mahnısına müraciət etdiyini söyləyib. SİA-ya açıqlama verən ifaçı bu təklifi ona sənətkarın özü etdiyini bildirib: "Dünya şöhrətli Zeynəb Xanlarovanın istəyi ilə bəstəsini ifa etdim. Zeynəb xanım mənə söylədi ki, "Mən dünyamı dəyişdikdən sonra bütün sənətçilər mahnılarımı oxuyacaq. İstədim sən də mənim bəstələrimdən birini repertuarına daxil edəsən. Çünki Səlim sənin gözəl ürəyin var". Z.Xanlarova bilir bu təklifi kimə edir. Həmin mahnının adını gizli saxlayıram. Bəstə tam hazır olduqdan sonra mahnının adını açıqlayacam. Ümid edirəm ki, ifamda uğurlu alınacaq. Dinləyicilər tərəfindən bəyəniləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB