Müğənni Gülben Ergen və aparıcı Erhan Çelikin boşanma prosesindən ilk məhkəmə baş tutub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu ərəfədə gərgin qrafikləri olduğu üçün tərəflər məhkəməyə qatıla bilməyiblər. Sadəcə vəkillərin iştirak etdiyi prosesdə ikilinin qarşılıqlı razılaşaraq boşanmaq istədiyi bildirilib. Onlar bir-birindən heç bir maddi və mənəvi təzminat tələb etməyiblər.
Vəkillər növbəti prosesdə Gülben və Erhanın da iştirak edəcəyini deyərək məhkəmənin təxirə salınmasını istəyiblər. Növbəti məhkəmə günü təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB