Azərbaycanlı müğənninin klip təqdimatında QALMAQAL-FOTOLAR

Azərbaycanlı müğənninin klip təqdimatında QALMAQAL-FOTOLAR

Ötən gün müğənni Nərgiz Hüseynli yeni klipini jurnalistlərə, mədəniyyət və incəsənət nümayəndələrinə təqdim edib. SİA-nın məlumatına görə, tədbirin aparıcısı müğənni Mirfərhad Həbibi layihə ilə bağlı ətraflı məlumat verdikdən sonra, klipə baxılıb.

N.Hüseynlinin ifa etdiyi sözləri və musiqisi Arif Səlimova məxsus olan "Əllərimdən tut" adlı yeni mahnıya çəkdirdiyi klipdə tərəf müqabili aktyor Rüfət Nəzər olub.

Mahnı dinləyənlərin ürəyincə olsa da, klip izləyicilər arasında birmənalı qarşılanmayıb. Belə ki, teleaparıcı Vüsalə Şahvəliqızı klipi bəyənməyib:"Gözəl lirik mahnıdır. Amma mahnı klip ilə vəhdət təşkil etmir. Klip mahnının kölgəsində qalır".

Teleaparıcının bu sözlərinə əməkdar artist Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı, rejissor Rəhman Əliyev ironik cavab verib:"İki cür klip var: "sevgilisinin" hesabına çəkilən və şəxsi hesabına çəkilən klip. Bu klip bəzi müğənnilərin "sevgililərinin" hesabına çəkdirdiyi kliplərlə müqayisədə onunla fərqlənir. Çünki bu klip "sevigilinin" deyil, halal zəhmətlə qazanılmış şəxsi hesaba çəkilib".

Tədbirin yaddaqalan məqamlarından biri də səbəbkarın mahnını canlı ifa etməsi və bəstəni aktyor Rüfət Nəzərlə rəqs etməsi olub.

Tədbir zamanı qonaqların əhatəsində şirniyyat kəsilib.

Tədbirdə əməkdar artist Səlim Abbasov, prodüserlər Sayqa Cahid, Roland Bayramov, Sona Dərya (oğlu Cahangirlə), meyxana ifaçısı Yaşar Qafan, reper Bəhlul və başqaları iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, klipin rejissoru Rəhman Əliyev, operatoru Delee-dir. Mahnının aranjeman müəllifi Elvin Musayev, səs rejissoru Hatəm Nəbioğludur.

Qeyd edək ki, müğənni Nərgiz Hüseynli mərhum sənətçi, əməkdar artist Məhəbbət Kazımovun tələbəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə