Əməkdar artist Elza Seyidcahan məhkəməyə müraciət edib. SİA-nın məlumatına görə, müğənninin adından qazın, işığın qiymətinin qalxmasından bəhs edən şeir yazılıb, sosial şəbəkədə paylaşılıb.
E.Seyidcahan belə bir şeir yazmadığını və bunu edənləri məhkəməyə verdiyini bildirib: "Mənə məxsus olmayan, səviyyəsiz sözlər yazan cinayətkar, təxribatçı məhkəmə qarşısında cavab verəcək. Kim bu cür paylaşımlar edibsə, hamısı sübut kimi toplanılıb. İnsan gərək o qədər azğınlaşsın ki, başqasının adından böhtan dolu şeirlər yazsın. Elza Seyidcahanın təmiz adına ləkə gətirmək istəyirlər. Niyə? Qanun sizi layiqli yerdə otuzduracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB