Azərbaycanlı məşhur 2 əlamətdar hadisəsini qeyd edəcək

Azərbaycanlı məşhur 2 əlamətdar hadisəsini qeyd edəcək

Müğənni-bəstəkar Arif Səlimov iki əlamətdar günü qeyd edəcək. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "İki önəmli hadisəni bir neçə gündən sonra qeyd edəcəm. Belə ki, dekabr ayının 23 doğum günüdür. Eyni zamanda həmin gün yeni albomum işıq üzü görəcək. Diskdə 150-yə yaxın mahnı olacaq. Alboma daxil olan mahnılar xalq və öz yazdığım bəstələr olacaq. Düşünürəm ki, yeni işim maraqla qarşılancaq. Albomdakı bəstələr dinləniləcək. Onu da qeyd edim ki, özəl günümdə şou-biznesin məşhur simalarını dəvət edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə