Cazibədar aparıcımız filmə çəkilir

Cazibədar aparıcımız filmə çəkilir

Aparıcı Zemfira Adıgözəlova yeni filmdə rol alıb. SİA-ya bu haqda aparıcının özü məlumat verib: "Yeni filmə təklif almışam. Həmin ekran işində mənimlə yanaşı xalq artistləri də çəkiləcək. Artıq ssenari hazırdır. Film kinoteatrlar üçün nəzərdə tutulub. Sözügedən ekran işində gülməli və ciddi məqamlar var. Hətta sevgiyə aid kadrlara da yer verilib. Çəkilişlərə yanvar ayından sonra start veriləcək. Fikrimcə, baxımlı film olacaq və tamaşaçılar tərəfindən bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə