"Oğlan evi 2"nin qala gecəsi baş tutub FOTOLAR

"Oğlan evi 2"nin qala gecəsi baş tutub FOTOLAR

Nizami Kino Mərkəzinə növbəti dəfə hər kəsin gülüşünə səbəb olacaq "Oğlan evi 2"nin qala gecəsi baş tutub. SİA-nın məlumatına görə, filmin rejissorluğunu İlham Qasımov edib. Əsas rolları isə aktyorlar Elcan Rəsulov Nicat Rəhimov, Hüseyn Əzizoğlu canlandırıb.

Qala gecədə maraqlı anlar yaşanıb. Belə ki, filmin yaradıcı heyəti gecəyə qatılanlarla şəkil çəkdirib.

"Oğlan evi 2"-də rol alan aktyor Nicat Rəhimov qala gecəyə gələn hər kəsə təşəkkür edib və hər kəsi bu filmə baxmağa dəvət edib. O, sonda filmdə əziyyəti olan hər kəsi təbrik edib.

Ardınca yaradıcı heyət tamaşaçılarla birgə çəkildikləri 100 dəqiqəlik filmə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə