“Number One” mükafatlandırma mərasimində nələr yaşandı? FOTOLAR
Tural Ozanın təşkil etdiyi "Number One" beynəlxalq mükafatlandırma mərasimi baş tutub. SİA-nın məlumatına görə, mərasim qırmızı xalça ilə başlayıb. Gecədə sənət aləminin tanınmış simaları, media nümayəndələri mükafata layiq görülüb.
Gecədə maraqlı anlar yaşanıb. Belə ki, "Number one" mükafatlandırmasında diceylər arasında qalmaqal yaşanıb.
Aparıcı Tural Ozan küsülü olan DJ Çina (Çingiz Mustafayev) və həmkarı Roşkanı birlikdə səhnəyə çağırıb, barışdırmaq istəyib.
Amma aparıcının bu niyyəti baş tutmayıb. Belə ki, Çina Roşka ilə səhnəyə çıxmaqdan imtina edib. Həmkarı mükafatını aldıqdan sonra səhnəyə çıxan Çina bunları deyib:"Səhnəni mənə əziz olan insanlarla bölüşürəm. Dost olmadığım adamlarla bir çıxmıram. O insanla küsülü deyiləm, sadəcə, dost olmamışam".
Səhnəyə sərxoş halda çıxan model Rüstəm Cəbrayılov mükafatlandırma mərasimində gözlənilməz hərəkət edib. O, mükafatı alıb mərasimi tez tərk edənlərə əsəbləşib: "Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər".

Əməkdar artist Elza Seyidcahan "Number one" mükafatlandırma gecəsində yenə hər kəsi təəccübləndirib. SİA-nın məlumatına görə, müğənni ondan əvvəl səhnəyə sərxoş halda çıxan model Rüstəm Cəbrayılovun təhqirlərinə cavab verib. O, mikrafonu tərsinə çevirib və bunları deyib: "Bilirsiniz, bunu niyə belə tutdum? Bəziləri burda özlərini belə göstərdilər. Burada hər bir sahədən olan insan var idi. Əgər kimlərsə getdisə, demək, bir səbəb var idi. İndi də heç də az adam qalmayıb. Elə adamlar var ki, çox dəyərlidirlər".
.jpg)
Bu mükafata layiq görüldüyü üçün bir çox məşhur fikirlərini bildirib.
Aktyor Anar Heybətov: " "Number One" mükafatına layiq görüldüm. İlk dəfə idi ki, mükafat alırdım. Bu mükafata görə Tural Ozana təşəkkür edirəm. Tədbir yüksək səviyyədə keçdi. "Number One" mükafatına layiq görülən hər kəsi təbrik edirəm".
Aktyor Fərda Xudaverdiyev: " "Number One" mükafatı verdilər, dedilər ki, layiqsən (gülür). Mən də aldım . Bu mükafata layiq görüldüyüm üçün təşəkkürlər.
Aktyor İslam Mehrəliyev: " "Number One" mükafatı alan hər kəsi təbrik edirəm".
Stilist Xəyalə Quliyeva: "Sənətimi dəyərləndirən hər kəsə çox təşəkkür edir, mükafat alan hər kəsi təbrik edirəm"

Rəqqasə Fatimə Fətəliyeva: " "Number One" mükafatına layiq görülməyim çox xoş oldu".
Aparıcı Vüsalə Kərimova: " "Number One" mükafatına layiq gördüyünüz üçün təşəkkürlər".

Qeyd edək ki, "Number One" mükafatlandırma mərasimi maraqlı anlarla yadda qalıb.
.png)
.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB